08.02.2025, 03:53
AZ EN
10.08.2024, 07:19 271

Parlament seçkilərində “exit-poll” keçirmək üçün sənədlərin qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır

XƏBƏRLƏR
  • Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edir. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR