19.10.2024, 07:50
AZ EN
30.07.2024, 10:20 250

Olimpiya Oyunlarını siyasiləşdirmək istəyən ermənilərə tutarlı cavab

XƏBƏRLƏR
  • Ermənistan hökuməti Fransada Olimpiya Oyunlarının keçirildiyi bir vaxtda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyinə müraciət edərək Bakıda həbsdə olan Qarabağ separatçılarının liderlərinə dəstək istəyib. Bununla da ermənilər beynəlxalq idman yarışlarından siyasi məqsədlər üçün növbəti dəfə cəhd göstərib.

"Vətən səsi" xəbər verir ki, Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Qaqik Tsarukyan BOK prezidenti Tomas Baxa və Beynəlxalq Olimpiya Hərəkatının tərəfdaşlarına rəsmi müraciət edərək keçmiş qondarma qurumun “prezidentləri”ni Ermənistan Respublikasının dövlət və ictimai xadimləri kimi təqdim edib. O, BOK-un rəhbərliyini siyasi proseslərə qarışmağa, Bakıda həbsdə olan separatçıların azad olunması üçün addımlar atmağa çağırıb.

Xatırladaq ki, ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirlərindən sonra  Azərbaycanın hüquq-mühafizə orqanları keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Belə görünür ki, Ermənistan 2024-cü ilin Yay Olimpiya Oyunlarının əzəli və əbədi himayəçisi rolunda çıxış edən Fransada keçirilməsindən istifadə edərək bu fürsətdən də Azərbaycanın əleyhinə kampaniya aparmaq niyyətindədir. Lakin dünən “Paris-2024” XXXIII Yay Olimpiya Oyunları çərçivəsində keçirilən yarışlarda qızıl medal və Olimpiya çempionu adını qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov parlaq qələbəsi ilə həm də idman yarışlarından siyasi məqsədlər üçün bəhrələnmək istəyən erməniləri məyus edib.

Elxan SALAHOV

Oxşar xəbərlər