08.09.2024, 05:52
AZ EN
22.07.2024, 20:45 210

İcma sədri: Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın müstəsna rolu olub

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.

Görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Azərbaycan mətbuatının şərəfli yol keçdiyini deyib, 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində jurnalistlərin xidmətlərindən söz açıb.

O bildirib ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın müstəsna rolu olub:

"İnformasiya müharibəsi bu gün də davam edir. Bu gün Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatıdırlması da tarixi bir missiyadır. Bu işdə fəaliyyət göstərən mətbuat işçilərinə təşəkkür edirəm".

Sonda jurnalistlər Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətlərinə görə təltif ediliblər, xatirə fotosu çəkilib. (APA)

Oxşar xəbərlər