19.04.2024, 15:18
AZ EN
10.08.2022, 08:46 305

“Daily Sabah”: Zəngəzur dəhlizi Avropa ilə Asiyanı birləşdirən yeni nəqliyyat yoludur

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizinin açılması bir çox maliyyə fürsətləri yaradacaq və Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək.

Bu fikir Türkiyənin “Daily Sabah” portalında yerləşdirilən “Zəngəzur dəhlizi: Avropa ilə Asiyanı birləşdirən yeni nəqliyyat yolu” sərlövhəli məqalədə yer alıb.

Məqalənin müəllifi - YAP Gənclər Birliyinin üzvü, siyasi şərhçi Anastasiya Lavrina qeyd edib ki, Ermənistanla Azərbaycan arasında baş verən 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionunda geosiyasi vəziyyət tamamilə dəyişib. Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi Asiyanın Avropa və Yaxın Şərqlə əlaqəsini qısaldacaq.

Zəngəzur dəhlizi Sakit və Atlantik okeanları arasında ən qısa yol hesab olunur, həmçinin Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollarının kəsişməsində yerləşir. Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən nəqliyyat əlaqələrində önəmli rol oynayacaq.

Müəllif diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə vaxtilə Zəngəzurdan keçən qatar yollarının yenidən istifadəyə verilməsi müzakirə olunub. Avropa İttifaqı regionda nəqliyyat dəhlizlərinin açılmasını qətiyyətlə dəstəkləyir. ABŞ və Türkiyə də bu layihənin tərəfdarları arasındadır.

Bu layihə bir çox iqtisadi imkanlar yaratmaqla yanaşı, Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün formalaşmasına töhfə vermiş olacaq.

Sonda vurğulanıb ki, Zəngəzur dəhlizinin işə salınması həm də Orta Dəhlizin inkişafını təmin edəcək. Bu isə Qara dənizdən Qafqaz və Mərkəzi Asiyadan keçməklə Hindistan, Çin və Şərqi və Cənubi Asiyanın digər ölkələrinə qədər bütün regionun iqtisadiyyatına müsbət təsir göstərəcək. (AZƏRTAC)

Oxşar xəbərlər