19.10.2024, 17:36
AZ EN
05.07.2024, 18:20 170

Paşinyan Ermənistan konstitusiyasının dəyişdilirməsinə ehtiyac olduğunu bildirib

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına “əngəl olan daha bir maneəni aradan qaldırmaq” yönündə açıqlama verib. O, Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.

Politoloq İlyas Hüseynov mətbuata açıqlamasında bildirib ki, konstitusiyanın dəyişdirilməsi Ermənistanın sülh prosesinə nə qədər hazır olduğunu nümayiş etdirəcək: “Konstitusiya ilə yanaşı, ATƏT-in Minsk qurupu da buraxılmalıdır. Çünki hazırki reallıqlarla uyğunlaşmır. Bunun üçün də Ermənistanın hakimiyyət nümayəndələri siyasi iradə göstərməlidir. Çünki dövlətin öz tərkibindəki müxaliflər və onların havadarları regionda sülh və əmin-amanlığın əldə olunmasına maneə törədirlər”

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa ünvanladığı təbrik məktubunda ölkəsinin konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər