22.07.2024, 03:33
AZ EN
20.06.2024, 15:34 160

Azərbaycan XİN: Qaçqınların öz evlərinə ləyaqətli və təhlükəsiz qayıtmaq hüququnu vurğulayırıq

XƏBƏRLƏR
  • Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı qaçqınların evlərinə ləyaqətli və təhlükəsiz qayıtmaq hüququnu vurğulayır.

Bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Ümumdünya Qaçqınlar Günündə biz azərbaycanlı qaçqınların gücünü və cəsarətini qeyd edir, onların evlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmaq hüququnu vurğulayırıq. Azərbaycan qaçqınlarını hər addımda qoruyur və dəstəkləyir, onların təhlükəsiz və inklüziv gələcəyə ümidlərini bölüşür”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Ümumdünya Qaçqınlar Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada qaçqınların problemini vurğulamaq üçün təsis edilmiş beynəlxalq gündür. Bu, hər il iyunun 20-də qeyd olunur. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR