"Vətən səsi" xəbər verir ki, Paşinyan sələfinin 2020-ci ildə 44 günlük müharibədən sonra yazdığı “Müharibə, yoxsa sülh? Ciddi olmaq vaxtı” adlı məqalədəki fikirlərin Azərbaycanın maraqlarına uyğun olduğunu deyib. Onun sözlərinə görə, həmin məqalədə ərazilərin Azərbaycana qaytarılmalı olduğu təsdiqlənir və bu, o deməkdir ki, Petrosyan özü də hakimiyyətdə olduğu dövrdə Azərbaycanın irəli sürdüyü tələbləri qəbul edib.
Erməni Baş nazir sabiq prezidentin rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyasının İkinci Qarabağ müharibəsi zamanı verdiyi bəyanatları da xatırladıb: "Ötən dövrün bəyanatları, Levon Ter-Petrosyanın klerikal-feodal elitanı birləşdirmək cəhdləri, eləcə də bir sıra bəyanatlar göstərir ki, bu məqalə əslində feodal hiyləsinə qarşı müqavimət göstərmək üçün uğursuz cəhd yox, klerikal-feodal hiyləsinin tərkib hissəsi idi. Niyə? Çünki Ter-Petrosyan və Erməni Milli Konqresi deyir ki, ərazilərin qaytarılmalı olduğunu deməyiblər və bunu nəzərdə tutmayıblar. Guya, “Dağlıq Qarabağın müstəqilliyi”nin mümkünsüz olduğunu söyləməyiblər. Bu, aydın və birmənalı olaraq klerikal-feodal hiyləsinin tərkib hissəsidir”.
Elxan SALAHOV