Milli Məclisin sədri Minsk şəhərində Zəfər abidəsini ziyarət edib
XƏBƏRLƏR
Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 10-da səfər çərçivəsində Minsk şəhərində Zəfər abidəsini ziyarət edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub.
Sonra burada Azərbaycan və Belarusun Dövlət himnləri səsləndirilib. (AZERTAC)