Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Cəbrayılın Soltanlı yaşayış məntəqəsindəki tikinti işləri macar şirkətləri tərəfindən həyata keçirilir: "Hesab edirik ki, bu, birgə əməkdaşlığımızın növbəti təzahürü olacaq".
Nazir onu da bildirib ki, azərbaycanlı tələbələrin Macarıstanda sayı ilbəil artır: "Bir sıra universitetlərimiz arasında da əlaqələrimiz mövcuddur". (Report)