21.11.2024, 21:13
AZ EN
04.06.2024, 09:28 264

Ermənistanla sülh müqaviləsi noyabradək imzalana bilər

XƏBƏRLƏR
  1. Azərbaycanla Ermənistan payıza qədər sülh müqaviləsini imzalamağı planlaşdırır.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti sülh sənədini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) beynəlxalq konfransınadək, yəni payıza - noyabra qədər imzalamaq istəyir..

Abovyan iddia edir ki, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana səfər edə bilər: “Baş verənlərdən belə məlum olur ki, müvafiq sənədin imzalanması ilə əlaqədar Nikol Paşinyanın Bakıya səfəri ilə bağlı pərdəarxası danışıqlar gedir”.

Erməni politoloq xarici işlər naziri Ararat Mirzoyan hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə qapalı görüş keçirdiyini və həmin görüşdə sülh müqaviləsi ilə bağlı gizli müzakirələr apardığını iddia edib. Arman Abovyan deyib ki, Mirzoyan sülh prosesi barədə hökumətyönlü deputatları məlumatlandırarkən Azərbaycanın imzalanmağa hazırlanan sazişdə Alma-Ata bəyannaməsinə istinad edilməsini qəbul etmədiyini də söyləyib: "Bu, Bakının hədəflərinin böyük olduğunu göstərir. Nikol Paşinyan daha öncə bununla bağlı razılaşma olduğunu demişdi, lakin Mirzoyan qapalı görüşdə onun dediklərini təkzib edib”.

Bununla belə, erməni politoloq Paşinyanın Azərbaycan tərəfinin şərtləri ilə razılaşacağını və sülh müqaviləsinin bu ilin payızınadək imzalana biləcəyini istisna etməyib. O, bunu Ermənistanın COP29 beynəlxalq iqlim konfransının Azərbaycanda keçirilməsini dəstəkləməsi ilə də əsaslandırmağa çalışıb.

Elxan SALAHOV

Oxşar xəbərlər