22.12.2024, 21:20
AZ EN
03.05.2024, 14:55 304

Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var

XƏBƏRLƏR
  • "Üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm. Buranı sevirəm. Bura çox gözəldir".

Bunu azad edilmiş ərazilərə səfər edən Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un heyətində təmsil olunan səyyah Jorn Augested deyib: “Azərbaycanda çox fərqli Qafqaz mətbəxi var. İnsanları səmimidir, təbiət isə çox gözəldir”.

Azad edilmiş ərazilərə bir il öncə səfər etdiyini deyən səyyah ötən müddət ərzində çox böyük dəyişikliklərin olduğunu bildirib: “Görürəm ki, böyük binaların inşasına başlanıb. Bir çox tikinti işləri isə tamamlanıb. Bütün bunların cəmi bir il ərzində olması çox təqdirəlayiqdir”.

Səyyah azad edilmiş ərazilərdəki mina probleminin olduqca narahatlıqverici olduğunu qeyd edib:

“Səyahət etdiyimiz demək olar ki, hər yerdə mina xəbərdarlığı işarələri var idi. Sabah minalarla bağlı, onların təmizlənməsi ilə bağlı daha ətraflı öyrənmək imkanımız olacaq. Bu bizim üçün çox maraqlı olacaq”.

Jorn Augested gözəl mənzələrə malik Qarabağın nəhəng turizm potensialı olduğunu vurğulayıb. (APA)

Oxşar xəbərlər