"Vətən səsi" xəbər verir ki, bu barədə ermənilərə məxsus Telegram kanalları məlumat yayıb. Bildirilir ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasına rəhbərlik edən Srbazan baş nazir Nikol Paşinyanın Azərbaycanla münasibətləri nizama salmaq istəyinə qarşı çıxır. O, Köçəryanla söhbətində Tavuşdakı Azərbaycan kəndlərinin geri qaytarılmasına etiraz edən şəxslərin sayının hər gün azalmasından gileylənib. Onun dediyinə görə, hətta Azərbaycana qaytarılacaq 4 kənddə yaşayan ermənilər də ayağa qalxıb hakimiyyətə qarşı çıxmayıblar.
Robert Köçəryan isə "mübarizəni" İrəvana köçürməyi məsləhət görüb, eyni zamanda onun məsləhətlərinə qulaq asmağa və hakimiyyətə qarşı birlikdə getməyə çağırıb. Köçəryan Paşinyanın etdiyi kimi İrəvana piyada getməyi tövsiyə edərək, yol boyu hökumət əleyhinə əhval-ruhiyyə yaratmağın vacibliyini qeyd edib.
Bununla belə, Robert Köçəryanın özü dediklərinin reallığa söykənmədiyini də etiraf edib. Köçəryan söz verib ki, onun nəzarətində və təsir dairəsində olan media Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasına və şəxsən yepiskopa informasiya dəstəyi verəcək, ona kömək edəcək. Lakin vurğulayıb ki, vəziyyət daha da mürəkkəbləşib.
Xatırladaq ki, Baqrat Srbazan Kremllə və beşinci kolonla əlaqə yaratmağa başlayandan biznesi üzə çıxıb. O,, Erməni Apostol Kilsəsinin Kanada yeparxiyasına rəhbərlik edərkən Kanada vətəndaşlığını alıb, 2013-cü ildə isə Ermənistana geri qayıdıb.
Elxan SALAHOV