22.12.2024, 20:20
AZ EN
26.04.2024, 14:57 299

Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək

XƏBƏRLƏR
  • "Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir".

Bunu millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir:

"Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksək səviyyədə inkişaf edir.

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyəti böyükdür.

Azərbaycan   digər  türkdilli  dövlətlərlə  olduğu  kimi,  Qırğızıstanla  da  geniş  siyasi-iqtisadi  və mədəni  əlaqələrini  etibarlı  şəkildə  davam  etdirir. Qırğızıstan prezidentinin Azərbaycana son səfərində iki ölkə arasında imzalanan 10 sənəd elm, təhsil, energetika, miqrasiya və digər sahələrini əhatə edən sözləşmə bunu deməyə əsas verir. Sadır Japarovun Prezident İlham Əliyevlə  dost münasibəti dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə də müsbət təsirini göstərməkdədir.

Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir. 30 il ərzində Qırğızıstan Ermənistan-Azərbaycan, Qarabağ münqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib münaqişənin həlli üçün  müəyyən  dövrlərdə  fəallıq  göstərməyə  çalışıb". C.Məmmədov daha sonra əlavə edib ki, Qırğızıstan indi də Azərbaycanın yanındadır: "Bundan sonrakı illərdə də Qırğızıstan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına töhfə vermək niyyətindədir.

Qırğızıstan üçün önəmli olan məsələ yeni geosiyasi reallıqlarda əməkdaşlıq imkanlarının daha da gücləndirilməsidir. Ona görə də Zəngəzur dəhlizi bütün Orta Asiya dövlətləri kimi, Qırğızıstan üçün də maraqlıdır.

İnanırıq ki, ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və hər iki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə olacaqdır",- deyə deputat vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər