17.04.2024, 13:04
AZ EN
02.04.2024, 20:43 128

Elnur Məmmədov: Ölkələrimiz arasında faydalı əməkdaşlıq, siyasi dialoq mövcuddur

XƏBƏRLƏR
  • Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq, siyasi dialoq mövcuddur.

Bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yunanıstanın Milli Günü münasibətilə aprelin 2-də Bakıda təşkil edilən rəsmi qəbulda səsləndirib.

E.Məmmədov diqqətə çatdırıb ki, iki ölkənin xarici işlər nazirləri mütəmadi görüşür, siyasi məsləhətləşmələr aparırlar.

Müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin aparıldığını diqqətə çatdıran diplomat bildirib ki, bunlardan ən əsası, təbii ki, neft, qaz layihələridir.

Vurğulayıb ki, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

"Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Bu il Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək. İnanırıq ki, əməkdaşlığımız bundan sonra daha da möhkəmlənəcək", - deyə nazir müavini qeyd edib. (AZERTAC)

Oxşar xəbərlər