Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bu məsələ müzakirə edilə bilər:
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanun layihəsinə yenidən baxmalıdır. Hesab edirəm ki, bu zaman Qərbi Azərbaycandan olan qaçqınlar məsələsini də nəzərə almalıyıq. 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra sözügedən qanuna yenidən baxmaq zərurəti yaranıb. Qanunun daha işlək olması üçün aidiyyəti qurumlarla bu məsələni müzakirə edə bilərik". (Report)