Bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev "X"də yazıb.
Diplomat işğaldan azad edilmiş Xocalı rayonunda erməni işğalçıları tərəfindən qətlə yetirilən daha 3 mülki şəxsin qalıqlarının tapılması məsələsinə diqqət çəkib:
"İşğaldan azad edilmiş Xocalı rayonunda erməni işğalçıları tərəfindən qətlə yetirilən daha 3 mülki şəxsin qalıqları tapılıb. Azərbaycan təkbaşına erməni terroru və vandalizminin vurduğu yaraları sağaldarkən ABŞ və Aİ aprelin 5-də “Ermənistana yardım və dəstək” konfransına hazırlaşır. Sinizm + ikiüzlülük". (Report)