08.06.2025, 14:10
AZ EN
20.03.2024, 09:40 281

ABŞ Dövlət Departamenti: Demarkasiya məsələsinə xüsusi diqqət yetiririk

XƏBƏRLƏR
  • ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə xüsusi diqqət verir.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə söyləyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə köklənən sadəcə dövlət katibi Entoni Blinken deyil:

“Baxın, bu, xüsusi diqqət ayırmağa davam etdiyimiz məsələdir. Bu, sadəcə dövlət katibinin deyil, həm də dövlət katibinin köməkçisi O’Brayenin (ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen – red.), habelə baş müşavir Bononun (ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono – red.) müvafiq həmsöhbətlərlə qarşılıqlı əlaqə quraraq kökləndiyi məsələdir”.

“Lakin sizin üçün bundan başqa heç bir məlumatım yoxdur”, – Patel sual ünvanlamış jurnalistə deyərək yekunlaşdırıb. (Report)

Oxşar xəbərlər