02.08.2025, 14:03
AZ EN
27.02.2024, 14:40 326

Paşinyan Azərbaycana görə qapalı görüş keçirdi

XƏBƏRLƏR

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentdə hökumətyönlü deputatlarla qapalı görüş keçirib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joğovurd” qəzeti məlumat yayıb. Məlumata görə, geniş ictimaiyyətdən gizlədilən və bağlı qapılar arxasında keçirilən görüşdə Azərbaycanla sülh sazişinin şərtləri, habelə dövlət sərhədinin demilitasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Üç saatdan çox davam edən müzakirələr zamanı Ermənistanın Baş naziri Münhen danışıqlarının nəticələrinfən də bəhs edib. O, Münhenə səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını hökumətyönlü deputatların diqqətinə çatdırıb, rəsmi Bakının irəli sürdüyü şərtlərin yerinə yetirilmə imkanları barədə fikir mübadiləsi aparıb.

Qəzetin yazdığına görə, Paşinyan Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesində ciddi irəliləyişlərin olmamasının səbəbləri barədə də danışıb. O, öz tərəfdarlarını inandırmağa çalışıb ki, Münhendə Ermənistanın maraqlarına zidd ola biləcək hər hansı bir razılaşma olmayıb: "Münhendəki danışıqlar sadəcə növbəti görüş idi və orada mühüm heç nə əldə edilməyib".

Elxan SALAHOV

Oxşar xəbərlər