O, faciənin 32-ci ildönümü ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib.
“1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, qoca və qadın - bütün qardaşlarımızın xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm.
Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarına məhəl qoymasa da, onlar həmişə var olacaq. Azərbaycanlı qardaşlarımızı hər zaman yaxşı diləklərlə xatırlayacağıq”, - o vurğulayıb. (Report)