Politoloqun fikrincə, Qərbin Azərbaycana təsir imkanları çox məhduddur. O bildirib ki, hazırda Rusiyanın Azərbaycan ilə yaxşı işgüzar, praqmatik münasibətləri mövcuddur və bu münasibətlər inkişaf edir, hər iki ölkə bunda maraqlıdır.
“Digər tərəfdən də, Azərbaycan əleyhinə nə etmək olar? Qərbin, xüsusən də indiki şəraitdə Rusiya ilə qarşılıqlı münasibətlərinin kəskinləşdiyi bir dövrdə, Azərbaycana hansısa təsir göstərmək üçün olduqca az vasitəsi var. Qərb, xüsusilə də, məsələn, İtaliya buna qərar verə bilərmi? Çünki bu, enerjidaşıyıcılarının qiymətinə dərhal zərbə olacaq. Yəni, hər şeydən əvvəl enerji sahəsinə zərbədir. Bəs bu cür münasibətlər Rusiya ilə olanda? Onlar belə hərəkət edə bilərlər?”
S.Osinkin vurğulayıb ki, həqiqətən də hazırda Qərbin Azərbaycan əleyhinə nə isə etməsi çox çətindir: “Buna görə də gördüyümüz kimi, onlar özləri görüş təklif edir, razılaşma istəyir, bu problemləri həll etmək istəyirlər. Deyirlər ki, Fransa ilə istəmirsiniz, buyurun, Almaniya vasitəçi olar. Yəni Qərb tərəfdən siqnallar gəlir ki, Qərb Bakı ilə çox maraqlanır və onunla yaxşı, qarşılıqlı münasibətlər qurmaq istərdi”. (AZERTAC)