“Vətən səsi” “secki-2024.az” saytına istinadən xəbər verir ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 105 saylı seçki məntəqəsində 1189 nəfər seçici qeydə alınıb. Məntəqə üzrə yalnız bir nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
Qeyd edək ki, məntəqə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinə daxildir. Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlər ilə təmin olunub, orada seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr yaradılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi də başa çatıb.
S.Süleymanova