Bunu mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, bu abidələrin dağıdılaraq məhv edilməsinə görə Ermənistan məsuliyyət daşıyır. "Bunu biz demirik, Beynəlxalq hüquq, humanitar normaları deyir.
Bu il fevralın 4-də Prezident İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videofotmatda keçirilən görüşdə UNESCO-nun təkcə Azərbaycana yox, həm də Ermənistana missiyaların göndərilməsinə dair razılıq əldə edilib. Lakin Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyə görə belə bir missiyanın səfəri bu günə qədər baş tutmayıb. Mən UNESCO-nun fəaliyyətsizliyi və mövqeyini qeyd etmək istəyirəm. Uzun illər boyu Azərbaycan torpaqlarının işğal altında olması nəticəsində orada olan tarixi mədəniyyət abidələrimizin qəsdən dağldılması və bu haqda əldə etdiyimiz çoxsaylı fotofaktların UNESCO katibliyində müxtəlif forumlara təqdim etməyimizə baxmayaraq təşkilat faktiki olaraq bu əyani sübutlara göz bağlayıb. İşğalçı tərəfə təzyiq və ya bəyanat səsləndirməyib. Təəssüflər olsun ki, bu, təşkilatın siyasiləşdirməsinə dəlalət edir", -nazir deyib.
A. Kərimov bildirib ki, Azərbaycan tərəfi dəfələrlə bu məsələni UNESCO müstəvisində qaldırıb: "Bununla yanaşı, Azərbaycan vətəndaş cəmiyyətləri, çoxsaylı QHT -ləri hazırkı Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması ilə bağlı çoxsaylı materiallar UNESCO komitəsinə təqdim edilib. Ümid edirik ki, UNESCO bu çoxsaylı faktlara səssiz qalmayıb, belə texniki missiyanın həyata keçirilməsinə başlayacaq. Burada Azərbaycan tərəfinin, cəmiyyətimizin, QHT-lərin üzərinə böyük məsuliyyət düşür".