Bu barədə TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Səfir qeyd edib ki, COP29 konfransının Bakıda keçirilməsi Azərbaycanın “yaşıl” enerjiyə keçid strategiyasının davamı hesab oluna bilər. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazlarının emissiyasını 35 faiz azaltmağı hədəfləyir. Diplomat vurğulayıb: “Qarşıya daha iddialı məqsəd qoyulub: 2050-ci ilədək istixana qazlarının emissiyasının 40 faiz azaldılmasına nail olmaq. Əlamətdar haldır ki, Azərbaycan Prezidenti işğaldan azad olunmuş əraziləri “yaşıl” enerji zonası elan edib. 2050-ci ilədək həmin ərazilərin “təmiz, sıfır tullantılar” məkanına çevrilməsi planlaşdırılır”. (AZƏRTAC)