19.10.2024, 16:29
AZ EN
27.01.2024, 12:03 201

Səfir: Müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri ölkənin bütün ərazisində keçiriləcək

XƏBƏRLƏR
  • Müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri ölkənin bütün ərazisində keçiriləcək.

Bu barədə TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Diplomatik nümayəndəliyimizin rəhbəri vurğulayıb: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, 2024-cü il fevralın 7-nə nəzərdə tutulan növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazisində keçiriləcək. Artıq azad olunmuş ərazilərdə məntəqə seçki komissiyaları formalaşdırılıb, səsvermə üçün hər cür şərait yaradılıb”.

P.Bülbüloğlu əlavə edib: “Şübhəsiz ki, yuxarıda sadaladıqlarım onu deməyə əsas verir ki, həm Azərbaycandakı, həm də onun hüdudlarından kənardakı vətəndaşlarımız yüksək fəallıq nümayiş etdirəcək, çiçəklənən və qüdrətli Azərbaycan naminə düzgün seçim edəcəklər”. (AZƏRTAC)

Oxşar xəbərlər