22.12.2024, 19:59
AZ EN
26.01.2024, 14:38 265

Səməd Seyidov: “Avropa şuraları kimi təşkilatlar Azərbaycanın qalibiyyətinə, onun mövqeyinə, inkişafına, azadlığına, onun Qarabağına təsir göstərə bilməz”

XƏBƏRLƏR
  • Azərbaycanla kimsə nə hədə-qorxu, nə də təhdidlə danışa bilər. Bunu Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ötən gecə Vətənə dönərkən jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, Avropa böyük bir səhvə yol verərək faktiki olaraq özü özünü ifşa etdi.

“Onlar o səhvi başa düşməsələr belə, həmin səhvi hiss edəcəklər. Ona görə ki, Azərbaycansız bu təşkilat mövcud ola bilməz. Azərbaycanın tövsiyyələri olmadan bu təşkilatın heç bir mənası yoxdur. Mən əminəm ki, bizim apardığımız siyasət nəinki Avropa Şurasında, Avropada, dünyada artıq elə bir əks-səda, elə bir səs, elə bir gücə, təsirə malikdir ki, heç bir Avropa şuraları kimi təşkilatlar Azərbaycanın qalibiyyətinə, onun mövqeyinə, inkişafına, azadlığına, onun Qarabağına təsir göstərə bilməz”, - deyə S.Seyidov bildirib.  

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər