Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun İnsan haqları üzrə komissarı Dunya Miyatoviçə məhz bu sualla müraciət edib.
Sualı cavablandıran komissar deyib ki, o, Xocalı haqqında yaxşı məlumatlıdır və Azərbaycana səfəri zamanı bir çox zərərçəkənlərlə görüşüb, onların hekayələrini dinləyib. “Təbii ki, mən bütün görüşlərimi məruzədə əks etdirmək imkanında deyildim. Ancaq hər halda məruzədə bu məsələlərlə bağlı ayrı-ayrı müddəalar var. Bilirsiniz ki, mən Bosniya və Herseqovinadanam, sarayevoluyam. Ona görə də çox yaxşı anlayıram ki, lazım olan yerdə ədalətin bərqərar olmamasını görmək nə deməkdir. Ancaq indi istəyim başqadır. Arzu edirəm ki, daha çox gələcəyə baxaq. Münaqişənin hər iki tərəfinə bu çağırışı edirəm ki, sülh naminə insan haqları üzrə yol xəritəsinin tərtibi ilə əlaqədar birgə işə başlayaq”, - deyə D.Miyatoviç diqqətə çatdırıb. (AZƏRTAC)