Ceyhun Məmmədov yazır:
"Regionda və dünyada cərəyan edən proseslərin təhlili göstərir ki, 2024-cü il dünyamız üçün asan il olmayacaq. Bu il də dünya tarixində əvvəlki illərdə baş qaldırmış münaqişələrin davam etməsi, yeni münaqişə ocaqlarının yaranması və alovlanması ilə yadda qalacaq.
Dövlət və xalq olaraq biz mühüm bir mərhələni arxada qoyduq. Eyni zamanda, əvvəlki dövr qədər kifayət qədər məsuliyyətli və ağır bir mərhələyə daxil olmuşuq. Bu mərhələdə birlik və həmrəyliyimizi qorumalı, daha da möhkəmləndirməli və yeni təhdidlərə hər an hazır olmalıyıq.
Reallıq ondan ibarətdir ki, regionda və dünyada baş verən qlobal hadisələr digər dövlətlər üçün də ciddi təhdidlər yaradır. Bu təhdidlərə ciddi hazır olmalı, onlara adekvat reaksiya verməyi bacarmalıyıq.
Unutmamalıyıq ki, bu təhdidlərin qarsısın almaq üçün məsuliyyəti yalnız dövlət daşımır, xalq və fərd olaraq hər birimizin üzərinə çox ciddi vəzifələr düşür. Bu çirkin oyunları biz birlikdə pozmalıyıq.
Tarix boyu xalqımızın başına gələn bir çox müsibətlərin əsas səbəbi başıpozuqluq olub. Başı pozuqluq xalqımıza tarix boyu yalnız bədbəxtlik və faciələr gətirib. Belə halların tarixdə təkrarlanmaması üçün hər zaman bir və həmrəy olmalıyıq. Çünki birlik və həmrəylik olmadan dövlətçiliyi qorumaq mümkün deyil. 2024-cü ildə də xalqımıza hər zaman olduğu kimi, bir və həmrəy olmağı arzulayıram".
Hazırladı: Tahirə AĞAMİRZƏ