08.06.2025, 22:25
AZ EN
28.12.2023, 12:00 351

BMTM sədri: Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması bizim üçün bir mesajdır

XƏBƏRLƏR
  • “Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması siyasi bir addımdır. Bu, bizim üçün müəyyən mesajdır”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.

Fərid Şəfiyev bu qərarın İranda yaşayan azərbaycanlılar üçün hansısa problem yaradacağını düşünmür.

O qeyd edib ki, İran suveren bir ölkə kimi Ermənistanla hansısa münasibətlər qura bilər: “Biz illərdir Təbrizdə mədəni mərkəz yaratmaq istəyirik, bu məsələ həll olunmur, lakin necə olursa, Ermənistanın təklifləri tez bir zamanda həllini tapır”. (APA)

Oxşar xəbərlər