22.11.2024, 21:05
AZ EN
25.12.2023, 22:40 204

Özbəkistan Prezidentinin müşaviri: “Azərbaycanla əlaqələrimiz məhsuldar şəkildə inkişaf edir”

XƏBƏRLƏR
  • “Azərbaycanla Özbəkistan arasında əlaqələrimiz məhsuldar şəkildə inkişaf edir”.

Bunu Ankara Bürosuna açıqlamasında Özbəkistan Prezidentinin müşaviri Xayraddın Sultanov Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında kitab təqdimatından sonra bildirib.

X.Sultanov deyib ki, iki türkdilli ölkə arasındakı bu mehriban ünsiyyətin əsasında həm də ədəbi əlaqələr dayanır: “Hazırda Azərbaycanla Özbəkistan arasında ədəbi əlaqələr yüksək səviyyədədir. Ölkəmizdə Azərbaycanın istər klassik, istərsə də müasir yazıçılarının əsərləri hörmətlə və böyük maraqla oxunur. Səməd Vurğun, Nigar Rəfibəyli, Rəsul Rza və Anarın əsərləri çox yüksək tirajla çap olunub. Yaxın günlərdə mən Özbəkistan prezidenti adından "Dostluq" ordenini yazıçı Anara təqdim etdim”.

Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərinin keçirildiyini xatırladan müşavir bildirib ki, bu, iki ölkə arasında mədəni və humanitar əlaqələrin də inkişafını təsdiq edir: “Mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın mədəniyyət sahəsindən kino xadimləri, sənətçilər iştirak edirdi. Yəni bu da o deməkdir ki, bizim mədəni, humanitar əlaqələrimiz də yüksək səviyyədə davam edir”.

X.Sultanov Özbəkistanla Azərbaycan arasında ikitərəfli əlaqələrlə yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi türk dünyası qurumlarında da həmrəylik və birlik nümayiş etdirdiyini vurğulayıb: “Özbəkistanın TDT-yə üzv qəbul edilməsinin Bakı samitində elan olunmasından xüsusilə məmnuniyyət duyduq. TDT, TÜRKSOY-dan başqa, eləcə də YUNESKO-da birgə təmsil olunuruq. Qardaş Azərbaycanla siyasi, dostluq əlaqlərimiz bütün sahələrə təsir edir və biz həmrəylik içində uğurlu inkişaf yolunda bərabərik”.

Qeyd edək ki, bu gün Türkiyə Prezident Adminstrasiyasının Millət Kitabxanasında Özbəkistanın Prezident Adminstrasiyasının yayımladığı 100 cildlik “Türk ədəbiyyatının inciləri” antologiyası və Özbəkistan Prezidentinin müşaviri Xayraddın Sultanovun “Sən nə qədər şirinsən, ay acı həyat” kitablarının təqdimat mərasimi olub.

“Türk ədəbiyyatının inciləri” antologiyasında ən çox yer alan ədəbiyyat nümunəsi Türkiyə və Azərbaycana aid olub. Antologiyanın 17 cildi Türkiyə ədəbiyyatı, 16 cildi isə Azərbaycan ədəbiyyatına ayrılıb. (Report)

Oxşar xəbərlər