08.06.2025, 18:10
AZ EN
23.12.2023, 16:28 295

Prezident seçkilərində namizəd olmaq istəyənlərin sayı 15-ə çatıb

XƏBƏRLƏR
  • Növbədənkənar Prezident seçkilərində prezidentliyə namizəd olmaq istəyənlərin sayı 15-ə çatıb.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənaov deyib.

O qeyd edib ki, 7 nəfərin namizədliyi təsdiq edilib və 8 nəfərin namizədliyinin təsdiq edilməsi məsələsinə baxılır.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. (Trend)

Oxşar xəbərlər