27.07.2024, 14:06
AZ EN
05.12.2023, 20:50 244

Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcması tərəfindən dekabrın 5-də Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: “Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans çərçivəsində İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı italiyalı mədəni irs mütəxəssisi Alessandro Biançi ilə görüşüb.

Məlahət İbrahimqızı ötən əsrdə baş verən deportasiyaların soydaşlarımızın mədəni irsinə ağır zərbə vurduğunu bildirib. “Məscidlərimiz, tarixi abidələrimizlə yanaşı, xalçaçılıq, aşıq sənəti, ədəbiyyatımız məhv olma təhlükəsi ilə üz–üzə qalıb. Beynəlxalq arenada bu istiqamətlə məşğul olan qurumların həmin faciəyə səssiz qalması yolverilməzdir”, - deyə M.İbrahimqızı vurğulayıb.

Alessandro Biançi mədəni irsə qarşı vandallıq aktlarının yolverilməz olduğunu diqqətə çatdırıb, dünya birliyinin bu məsələdə həmrəyliyinin vacibliyini qeyd edib. (AZERTAC)

Oxşar xəbərlər