Qərbi Azərbaycan İcmasından verilən məlumata görə, Yunanıstanın Saloniki Universitetinin Hüquq Fakültəsinin dekanı, professor Panaqiotis Qklavinis ilə İcmanın Gənclər birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov arasında görüş keçirilib. Kamal Cəfərov qonağa Qərbi azərbaycanlıların sülh yolu, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış istəyi ilə bağlı məlumat verib. Yunanıstanlı professor beynəlxalq hüquqda qayıdış məsələsi barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan çox ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcək. (AZERTAC)