Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.
"Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşmaya nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etməyə sadiqik", - o bildirib.
Qeyd edək ki, oktyabrın 26-27-də Brüsseldə keçirilən sammitdə xarici siyasətlə bağlı məsələlər, o cümlədən Priştina-Belqrad münasibətləri və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. (Report)