23.11.2024, 01:18
AZ EN
22.10.2023, 10:17 197

İcma: “Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir”

XƏBƏRLƏR
  • Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir.

Bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

İcma hesab edir ki, Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur: “Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir.

Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə hec cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir”.

Qeyd edilir ki, bu ölkə XXI əsrdə belə, müstəmləkəçilik təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan hələ də əl çəkə bilmir:

“Əminik ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırması siyasətində də uğursuzluğa düçar olacaq. Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür”. (Report)

Oxşar xəbərlər