Bu barədə ABŞ-Avropa İttifaqı sammitinin birgə bəyanatında deyilir.
"Biz Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında davamlı sülhün təşviqinə sadiq qalırıq", - deyə qeyd olunub.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini bu ayın sonuna qədər Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştiraka dəvət etdiyini bildirib. (Trend)