25.04.2025, 03:03
AZ EN
18.10.2023, 20:41 303

Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkda səmaya qaldırılıb

XƏBƏRLƏR
  • 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı növbəti dəfə Nyu-Yorkun simvolu və maliyyə mərkəzi hesab olunan “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

Mərasim turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində, Azərbaycan-Nyu-York Assosiasiyasının üzvlərinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Nyu-Yorkda yaşayan həmvətənlərimiz, Nyu-York meriyasının təmsilçiləri, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar və yerli ictimayyətin nümayəndələri iştirak ediblər.

Üçrəngli bayrağımızı Azərbaycan dövlət himinin sədaları altında Nyu-York səmasına qaldırılıb. Ölkəmizin bayrağı ABŞ bayrağı ilə birlikdə səmada dalğalanıb.

Bölgəni ziyarət edən turistlər bağrağımızın fonunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” park bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək. Oktyabr ayının 27-də meydandakı Azərbaycan bayrağı Türkiyə Respublikasının 100 illiyi münasibəti ilə türk bayrağı ilə əvəz olunacaq.(Report)

Oxşar xəbərlər