Bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
"Elə hesab edirik ki, həmin insanların da öz ata-baba yurdlarına qayıtmaq kimi haqq və hüquqları var", - İcma sədri əlavə edib.
Əziz Ələkbərli Qərbi Azərbaycan İcması yaranandan gündən Türkiyə Cümhuriyyətindən qonaqlarının olduğunu və dəstək gördüklərini ifadə edib:
"Biz qardaş ölkənin nümayəndələrinə Qayıdış Konsepsiyası haqqında, qarşımızda duran vəzifələr haqqında ətraflı məlumatlar vermişik. Bu gün isə qonağımız Türkiyə Böyük Millət Məclisinin baş katibi Talib Uzun olacaq və biz hörmətli qonağımızla bu yöndə müzakirələr aparacağıq". (APA)