24.04.2025, 07:00
AZ EN
09.10.2023, 12:04 254

Lavrovun müavini Qarabağdakı sülhməramlılardan danışdı

XƏBƏRLƏR

“Moskva İrəvandan Rusiya-Ermənistan tərəfdaşlığının əhəmiyyətini adekvat qiymətləndirəcəyini gözləyir”.

“Vətən səsi” xəbər verir ki, bunu RBK-ya Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin deyib. O qeyd edib ki, Rusiya Federasiyası Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edir.

Sergey Lavrovun müavini Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə də münasibət bildirib. Qaluzin bildirib ki, bölgədə konflikt situasiyasına hələlik son qoyulmayıb: “Ona görə də Rusiya sülhməramlılarının Qarabağdakı missiyası tələb hələ orada qalmaqdadır”.

Ermənistanla Azərbaycan arasında sülh razılaşması prosesinin davam etdiyini deyən Mixail Qaluzin bildirib ki, Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların aparılması imkanını nəzərdən keçirir: “Əgər Qərb Moskvanın vasitəçiliyi ilə əldə edilənləri nəzərə alarsa, Rusiya Federasiyası, Avropa İttifaqı və ABŞ Bakı ilə İrəvan arasında nizamlanma üzərində birgə işləyə bilər”.

Rusiya XİN-in rəsmisi bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi Qarabağ ermənilərinin hüquqlarını təsbit etməlidir. Onun sözlərinə görə, Rusiya bu məsələdə dəstəyini əsirgəməyəcək: “Artıq bununla bağlı tərəflərə ideyalar təqdim edilib”.

Elxan SALAHOV

Oxşar xəbərlər