21.11.2024, 20:22
AZ EN
01.10.2023, 13:29 281

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

XƏBƏRLƏR
  • Yalan çıxışlardan qurtulmağın vaxtıdır. Səhv və əsassız iddialar yaymaqla Fransa ictimai rəyə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir.

Bu fikirləri Fransadakı səfirimiz Leyla Abdullayeva BFM televiziya kanalında çıxışında deyib.

Ermənilərin Qarabağ ərazisini tərk etməsi ilə bağlı BFM televiziya kanalına dəvət edilmiş səfir Leyla Abdullayeva bildirib ki, ermənilər öz istəkləri ilə gedirlər. “Bu, etnik təmizləmə deyil, Azərbaycanı əsaslandırılmamış fikirlərlə ittiham edə bilməzsiniz. Yalan çıxışlardan qurtulmağın vaxtıdır”,- deyə L.Abdullayeva eyni platformada yalan iddialar irəli sürən erməniyə cavab verib. Bildirib ki, Qarabağdakı ermənilər özləri qalmaq istəmirlər və onları heç kim məcbur etmir.

“Separatçı respublikanın ləğvi elan edildikdən bir gün sonra əhali Qarabağ bölgəsini tərk etmək qərarına gəldi”, - deyə Leyla Abdullayeva bu ərazinin Bakının suveren torpağı olduğunu bir daha xatırladıb. Qeyd edib ki, beynəlxalq ictimaiyyət, eləcə də Ermənistan da Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu təsdiqləyir.

“Reallıq ondan ibarətdir ki, Azərbaycan hökuməti Qarabağın erməni sakinlərindən yaşayış yerlərini tərk etməməyi deyib”, - deyə Azərbaycan səfiri diqqətə çatdırıb.

Səfir Leyla Abdullayeva 30 il ərzində azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətindən danışaraq, vəziyyəti bir gecədə dəyişməyin mümkün olmadığın deyib. Vurğulayıb ki, Bakı Qarabağ ermənilərinə dialoq aparmağı təklif edib və artıq Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyət orqanı arasında daha yaxşı ünsiyyət qurmaq və problemləri həll etmək üçün görüşlər keçirilib və keçirilməkdə davam edir. (AZƏRTAC)

Oxşar xəbərlər