19.10.2024, 20:38
AZ EN
28.09.2023, 10:39 232

İcma sözçüsü: "Açıq-aşkar görünür ki, bəzi dairələri insan hüquqları deyil, siyasi dividendlər maraqlandırır"

XƏBƏRLƏR
  • "Açıq-aşkar görünür ki, bəzi dairələri insan hüquqları deyil, siyasi dividendlər maraqlandırır".

Bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması istər lokal xarakterli antiterror tədbirlərinə qədər, istərsə də həmin dövr və sonra prosesləri diqqətlə izləməkdə davam edir: "İcmamız ilin əvvəlindən – Qayıdış Konsepsiyasının qəbul edilməsindən etibarən müxtəlif ölkələrə və beynəlxalq təşkilatlara soydaşlarımızın pozulan hüquqları və geri qayıdış məsələləri ilə bağlı müraciətlər edir. Bəzilərinə cavablar da alırıq. Lakin son zamanlar yaşananlar göstərir ki, bir sıra aktorların yanaşmasında siyasi maraqlar, ayrı – seçkilik üstünlük təşkil edir".

"Açıq-aşkar görünür ki, onları insan hüquqları deyil, siyasi dividendlər maraqlandırır. Əgər belə olmasaydı, həm 30 illik işğala, həm də Ermənistandan zorla qovulmuş 300 min azərbaycanlının pozulmuş hüquqlarına göz yuman bəzi ölkələr və təşkilatlar indi hansısa şişirdilmiş, təbliğat alətinə çevrilmiş əsassız iddialarla bağlı bir-birinin ardınca ədalətsiz bəyanatlar verməzdilər. Bu dairələrin dini təəssübkeşlik prizmasından verdikləri bəyanatların hər birində Azərbaycana qarşı qərəz, təhdid və daxili işlərimizə qarışmaq kimi məqamlar yer alır",- icma sözçüsü əlavə edib.

Ü.Zülfiqar vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə son antiterror tədbirlərinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün təhlükə törətmədiyini bildirdiyi və reallığın da bunu göstərdiyi halda, bəzilərinin “ermənidən çox erməni” olmaları əslində heç Ermənistanın da xeyrinə deyil və sözügedən qüvvələrin regionda sülh üçün yaranan ümidləri görərək narahat olmalarından irəli gəlir: "Bu qüvvələr regionda sülh və reinteqrasiya proseslərinə mane olmamalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalı və Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına dəstək verməlidir". (Report)

Oxşar xəbərlər