Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycanın işğaldan azad edimiş Füzuli rayonunda reallaşdırılan və reallaşdırılmaqda olan layihələr dövlətlərimiz arasında dostluq rəmzinə çevrilib.
Xarici işlər naziri Ceyhun Bayramov bu barədə Nyu-Yorkdakı Türk Evində Türk Dövlətləri Təşkilatının (TDT) XİN başçılarının qeyri-rəsmi iclasında danışıb.
O çıxışı zamanı 2023-cü il noyabrın 3-də Qazaxıstanda keçiriləcək TDT Dövlət Başçılarının 10-cu Zirvə Görüşünün ən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.
Üzv dövlətlər tərəfindən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatının tabeliyində olan və əlaqəli qurumların fəaliyyətinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. (Report)