21.09.2024, 19:38
AZ EN
21.09.2023, 12:31 308

Hulusi Kılıç: Qarabağ erməniləri Azərbaycanda sülh içində yaşaya bilər

XƏBƏRLƏR
  • Ümid edirik ki, bu gün Yevlaxda keçirilən görüşün müsbət nəticələri olar.

Bu barədə Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç bildirib.

O qeyd edib ki, "Dəmir yumruq" Qarabağdakı separatçıların başını əzdi.

"Azərbaycanın 19 sentyabrda başladığı və 24 saatdan az davam edən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçılar zərərsiz hala gətirildi. Beləliklə, Qarabağda yaşayan erməni əhalisi bu separatçılardan qurtuldu. Üç ildir ki, Azərbaycan səbirlə bu qeyri-qanuni erməni birləşmələrinin Qarabağdan çıxmasını gözləyirdi. Lakin onlar bunu etmədiyi üçün Azərbaycan lazım olanı etdi.

Azərbaycan lokal antiterror tədbirləri zamanı heç bir mülki şəxsə və infrastruktura zərər vermədi. Bu qədər dəqiqliklə tədbir keçirən başqa bir ordu yoxdur. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra ikinci zəfərini də qazandı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun gücü ilə bu zəfər qazanıldı. Dünya tarixində belə bir zəfərə sahib dövlət çox azdır", - deyə o əlavə edib.

H.Kılıç bildirib ki, Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan mülki erməni əhalisi Azərbaycan vətəndaşıdır.

"Bugün Yevlaxda keçirilən görüşdə ümid edirik ki, müsbət nəticələri olar. Qarabağda yaşayan ermənilər Azərbaycanda sülh və əmin-amanlıq içində yaşaya bilər", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.

Yevlaxda keçirilən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək. (Trend)

Oxşar xəbərlər