05.08.2025, 22:00
AZ EN
18.09.2023, 11:49 405

Korotçenko: Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının başlanğıcıdır

XƏBƏRLƏR
  • Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır.

Bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, separatçılar və onların lobbiçilərinin Ağdam-Xankəndi yolunun açılmasına mane olmalarına baxmayaraq sonda bu nəqliyyat arteriyası açılıb.

"Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başladı . Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb.

İndi “blokada” yoxdur, “kütləvi aclıq”, “soyqırımı” yoxdur - təbliğat qabığı uçdu getdi. Əslində bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır", deyə rusiyalı ekspert vurğulayıb. (APA)

Oxşar xəbərlər