Içərisi ərzaqla dolu olan avtomobil hazırda Bərdə şəhərindədir.
Axşam saatları olmasına baxmayaraq, ərzaq dolu yük avtomobili Xankəndi istiqamətinə keçid edə bilməyib.
Keçidin ləngiməsi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi ilə yanaşı, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları olan ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, saat 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. (Repost)