22.11.2024, 10:03
AZ EN
08.09.2023, 19:05 209

XİN: Ermənistanın məqsədi gərginliyi süni şəkildə alovlandırmaq və normallaşma prosesini pozmaqdır

XƏBƏRLƏR
  • Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük maşını erməni sakinlərə un çatdırmaq üçün yerində gözləyir. Azərbaycan məsələnin həlli üçün yol tapmaqda maraqlıdır və bunu öz xoş məramını, habelə vasitəçilik xidmətlərini təklif edən hər kəslə qurduğu səmimi qarşılıqlı əlaqəsi ilə sübut edib. Bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi öncədən əldə edilmiş razılaşmaları müxtəlif bəhanələrlə pozub. Əsl məqsəd isə vəziyyəti uzatmaq, gərginliyi süni şəkildə alovlandırmaq və nəticədə normallaşma prosesini pozmaqdan ibarətdir.

Bu fikirlər sentyabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə səsləndirilib.

Həmçinin məlumat verilib ki, Azərbaycan sərhəd-buraxılış məntəqəsindən keçidi asanlaşdırmağa davam etməklə yanaşı, rəsmi olaraq, yerli sakinlərin ehtiyaclarını ödəmək üçün yüklərin çatdırılması məqsədilə digər yollardan istifadəni təklif edib. Bu təklif iyulun 15-də Şarl Mişelin iştirakı ilə keçirilən liderlər görüşü çərçivəsində də geniş müzakirə olunub. Təsadüfi deyil ki, bu məsələ Şarl Mişelin görüşün yekunlarına dair bəyanatında da öz əksini tapıb. İyulun 25-də Moskvada bir neçə yolun sinxron istifadəsi məsələsi xarici işlər nazirlərinin üçtərəfli görüşündə yenidən müzakirə mövzusu olub. Bu, Rusiya tərəfinin təklif etdiyi formula idi. Azərbaycan bu variantı nəzərdən keçirməyə hazır olduğunu bildirərək yekunda öz razılığını verib. Ermənistan isə konkret müzakirələrdən nümayişkaranə yayınıb.

“Bunun qarşılığında, Ermənistan ertəsi gün əvvəlcədən planlaşdırılan daha bir təxribata əl ataraq sərhədə "humanitar konvoy" göndərib. Bu, beynəlxalq ictimai rəyi manipulyasiya etmək və bu istiqamətdə növbəti addımlar üçün zəmin yaratmaq məqsədilə törədilmiş açıq təxribat idi”, - deyə brifinqdə vurğulanıb. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR