22.11.2024, 10:04
AZ EN
08.09.2023, 13:34 373

S.Seyidov: Azərbaycana qarşı humanitar məsələlərlə bağlı manipulyasiyalar həyata keçirilir

XƏBƏRLƏR
  • Bu gün beynəlxalq arenada Azərbaycanın fəaliyyətinin yüksək səviyyədə təşkilinə qarşı gələrək, ölkəmizin haqq sözünün müxtəlif formada kənarlaşdırıldığını, eşidilmədiyini və başqa cür təqdim etmək cəhdlərinin çoxaldığını görürük.

Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 8-də keçirilən iclasında komitə sədri Səməd Seyidov söyləyib.

O bildirib ki, Azərbaycan Hökumətinin və Milli Məclisin apardığı beynəlxalq siyasət ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsinə, haqq sözünün çatdırılmasına və reallıqların təsdiqlənməsinə gətirib çıxarır: “Artıq beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir şübhə görmürük. Ancaq Azərbaycanın haqq səsi ilə bağlı, xüsusilə humanitar məsələlərlə əlaqədar ölkəmizə qarşı manipulyasiyaların həyata keçirildiyinin, bəzi dəyərlərdən sui-istifadə edərək təzyiq göstərmək cəhdlərinin şahidi oluruq. Xüsusilə Laçın yolu ilə bağlı və Azərbaycanın bu istiqamətdə apardığı işlərlə bağlı müdaxilələr olunur”, - deyə komitə sədri vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR