“Telegram” kanallarında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının böyük həcmli hərbi karvanının Laçın dəhlizi ilə Ermənistana irəliləməsi görüntüləri yayılıb.
APA-nın yaydığı məlumata görə, ermənilər iddia edirlər ki, bu karvan Ukrayana göndəriləcək. Digər iddiaya görə isə həmin karvan Ermənistanın Gümrü rayonunda yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazaya göndərilir. Orada yerləşən hərbi birləşmələrin isə Ukraynaya yola salınacağı bildirlir.
Hələlik məsələ ilə bağlı heç bir rəsmi məlumat yayılmayıb.