Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, bu şəxslərdən 7 nəfər 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində ( Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bəgi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu, Mikayılov Baba Balakişi oğlu), 4 nəfər 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfər isə 1993-cü ildə Füzuli rayonunda itkin düşüblər. Eyniləşdirilənlərdən 11-i hərbçi, 4-ü mülki şəxslərdir. (Report)