09.06.2025, 12:13
AZ EN
08.08.2023, 07:24 308

Qərbi Azərbaycan İcmasında Nüvədi kənd sakinlərinin görüşü keçirilib

XƏBƏRLƏR
  • “Heydər Əliyev İli” çərçivəsində Qərbi Azərbaycan İcmasında Qərbi Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərinin görüşü keçirilib.

İcmanın aparat rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov tədbiri açaraq nüvədililəri salamlayıb.

Tədbirdə QAİ Müşahidə şurasının üzvü, Mehri rayon icmasının sədri fizika-riyaziyyat elmləri doktoru, akademik Fikrət Əliyev, BDU-nun kafedra müdiri İsmayıl Əliyev, YAP təftiş komissiyasının üzvü Musa Musayev Ümummilli lider Heydər Əliyev barədə xatirələrini bölüşüb, onun Zəngəzur haqda fikirlərindən bəhs ediblər.

BDU-nun kafedra müdiri professor Qoşqar Əliyev Nüvədinin deportasiya tarixinə dair məruzə ilə çıxış edib.

Nüvədi kənd sakinləri – təqaüdçülər Balakişi Həsənov, Fərman Qasımov, Abbas Hətəmxanov, tədqiqatçı-jurnalist Ruslan Babayev, Sumqayıt qaz istismar sahəsində texniki şöbənin rəisi, şəhid atası Məhərrəm İbadov, bəstəkar Sevinc Tofiqqızı, Mərkəzi Elmi Kitabxananın əməkdaşı Şəbnəm Rüstəmova, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov çıxışlarında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri və onun Qərbi azərbaycanlılara dəstəyindən ətraflı bəhs ediblər. Qeyd edilib ki, nüvədililər doğma kəndə qayıtmaq arzusu ilə yaşayırlar və bunun gerçəkləşəcəyinə inanırlar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər