19.10.2024, 13:45
AZ EN
01.08.2023, 15:00 236

Böyük Qayıdış Proqramı üçün ayrılan vəsaitin 5,2 milyard manata çatdırılması nəzərdə tutulur

XƏBƏRLƏR
  • Cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata çatdırılacaq. Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə belə bildirilib.

Bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2 milyard 260 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 260 milyon manata çatdırılması nəzərdə tutulub. (AZƏRTAC)

Oxşar xəbərlər